ƏSAS SƏHİFƏ / HAQQIMIZDA

Dəqiqliklə ölçür, peşəkarlıqla istiqamətləndiririk.

Turkaz Engineering geodeziya, topoqrafiya, 3D modelləşdirmə və mühəndislik konsaltinqi sahəsində müasir texnologiyalar və peşəkar yanaşma ilə layihələrə etibarlı həllər təqdim edir.

Turkaz Engineering komandası

Biz inanırıq ki, uğurlu layihənin təməli dəqiq məlumat, düzgün planlama və güclü mühəndislik yanaşmasıdır. Turkaz olaraq 2011-ci ildən etibarən tikinti, infrastruktur, sənaye və enerji layihələri üçün yüksək dəqiqlikli ölçmə, analiz və geodeziya xidmətləri təqdim edir, layihələrin hər mərhələsində etibarlı tərəfdaş kimi çıxış edirik.

Hekayəmiz

Turkaz Engineering 2011-ci ildən etibarən mühəndislik, geodeziya və ölçmə sahəsində fəaliyyət göstərir. İllər ərzində topladığımız təcrübə ilə müxtəlif miqyaslı tikinti, infrastruktur, hotel, sənaye və enerji layihələrində etibarlı həllər təqdim etmişik.

Missiyamız

Missiyamız layihələrin planlaşdırılması və icrası prosesində yüksək dəqiqlikli ölçmə, müasir texnologiya və peşəkar mühəndislik yanaşması ilə müştərilərimizə etibarlı, funksional və davamlı həllər təqdim etməkdir.

Vizionumuz

Vizionumuz geodeziya və mühəndislik sahəsində regionun qabaqcıl şirkətlərindən birinə çevrilmək, innovativ texnologiyalarla yerli və beynəlxalq layihələrdə yeni keyfiyyət standartları formalaşdırmaqdır.

Turkaz Engineering sahə işləri
Mühəndislik və ölçmə prosesi
Geodeziya və topoqrafik ölçmə

Layihənizi etibarlı tərəfdaşla həyata keçirin

Mühəndislik, topoqrafiya, geodeziya və 3D ölçmə xidmətləri üçün komandamız sizinlə işləməyə hazırdır..