Quba Rixos Hotel
Quba şəhərində yerləşən Rixos Hotel layihəsi üçün topoqrafik ölçmələr və tikinti stakeout (aplikasiya) işləri həyata keçirilmişdir.

Məkan
Quba, Azerbaijan
İl
2023
Kateqoriya
hotel
Quba şəhərində yerləşən Rixos Hotel layihəsi regionun turizm potensialını artırmaq məqsədilə hazırlanmış iri miqyaslı hotel və istirahət kompleksidir. Layihə müasir memarlıq prinsiplərinə uyğun şəkildə planlaşdırılmış və ərazinin təbii landşaftı ilə uyğunlaşdırılmışdır. Kompleks ərazisində hotel binası, istirahət zonaları, infrastruktura obyektləri və yaşıllıq sahələri nəzərdə tutulmuşdur.



Layihə çərçivəsində Turkaz mühəndislik komandası tərəfindən ərazinin dəqiq topoqrafik ölçmələri aparılmış və tikinti mərhələsi üçün stakeout (aplikasiya) işləri həyata keçirilmişdir. Geodeziya ölçmələri vasitəsilə ərazinin relyefi, mövcud infrastruktur elementləri və koordinat məlumatları yüksək dəqiqliklə müəyyən edilmişdir. Daha sonra layihə planlarına uyğun olaraq bina oxları, konstruktiv elementlər və digər mühüm nöqtələr sahədə dəqiqliklə tətbiq edilmişdir.
