360° Virtual Tur
Məkanlarınızı yüksək dəqiqlikli 360° virtual tur texnologiyası ilə rəqəmsal mühitə daşıyırıq.

Xidmət haqqında
360° virtual tur texnologiyası ilə obyektlərinizi uzaqdan interaktiv şəkildə təqdim edirik. Matterport Pro 3 cihazı ilə yüksək keyfiyyətli və realistik görüntülər əldə edərək istifadəçilərə məkanı sanki fiziki olaraq oradaymış kimi araşdırmaq imkanı yaradırıq.
Xidmətə daxildir
Bu xidmət 360° çəkilişdən interaktiv təqdimata qədər bütün virtual tur proseslərini əhatə edir.
01 — 360° çəkiliş
Məkanın yüksək keyfiyyətli 360° görüntüləri xüsusi avadanlıq ilə çəkilir.
02 — İnteraktiv virtual tur
İstifadəçilər məkan daxilində sərbəst hərəkət edə bilən virtual tur hazırlanır.
03 — Ölçü və analiz imkanları
Virtual tur daxilində məsafə və ölçü analizləri aparmaq mümkündür.
04 — Web inteqrasiya
Hazırlanan tur sayt və digər platformalara asanlıqla inteqrasiya olunur.
Layihənizi birlikdə həyata keçirək
Layihəniz haqqında məlumat göndərin. Komandamız texniki tələbləri analiz edərək sizə ən uyğun mühəndislik həllərini təqdim edəcək.